schwatech
complex simplicity
Layihələndirmə və Məhsul Təkmilləşdirmə

Layihə dizaynı və məhsul təkmilləşdirmə

Prinsipi ilə yaradılmış bu xidmət istənilən kreativ ideyanın məhsula çevrilməsini təmin edir. Bu xidmətimizdən yararlanmaqla siz qarşılaşdığınız problemi mühəndis həllinə çevirərək, bazara öz məhsulunuzu təqdim edə bilərsiniz. Layihə dizaynı və məhsul təkmilləşdirmə xidməti aşağıdakı proseslərdən təşkil olunmuşdur:

 

İdeya

Qarşılaşdığınız problemi və ya onun həlli olaraq düşündüyünüz istənilən fikri tam sərbəst olaraq bizimlə bölüşə bilərsiniz. Təbii ki, biz fikirlərinizin məxfiliyinə xüsusi həssaslıqla yanaşdığımız üçün tərəflər arasındakı informasiyanın üçüncü tərəfə ötürülməməli olduğu ilə bağlı müqavilə imzalayırıq. Həmçinin müqavilə imzalandığı zaman siz bütün patentlərin sahibi olursunuz.

 

Araşdırma

Ərsəyə gələcək məhsulun nəyə xidmət edəcəyi, xarakteristikaları, bazarda olan bənzər məhsullar, məhsulu rəqiblərdən üstün edəcək xüsusiyyətlər və müştəri istəkləri müəyyənləşdirilir, eləcə də istehsalat imkanları daxil olmaqla bütün əlaqədar məsələlər araşdırılır.

 

Konsept

İdeyanızın fundamental xarakteristikaları müəyyənləşdirilərək layihə konsepti hazırlanır. Bu xarakteristikalar ideyanın necə reallaşacağını dəqiqləşdirir, necə bir məhsul ərsəyə gələcəyini müəyyənləşdirir.

 

Hesablamalar

Məhsulun ölçüləri, effektivliyi, faydalılığı, ehtiyac olacaq digər nüansların riyazi məqamları həll olunaraq təxmin olunan nəticələr rəqəmlərlə dəqiqləşdirilir.

 

Dizayn və simulyasiya

Məhsulun dizaynı, ideyaya uyğunluğu, tələblərinizə hansı dərəcədə cavab verəcəyi, fərqli situasiyalara reaksiyası və s. kimi məlumatlar aydınlaşdırılır. Simulyasiyalar məhsulun işləmə prinsipini öncədən görməyə və realda problem yarada biləcək məqamların aradan qaldırılmasına şərait yaradır ki, bu da öz növbəsində daha mükəmməl bir məhsulun ərsəyə gəlməsinə səbəb olur.

 

Prototipləşdirmə

İdeyanıza uyğun şəkildə prototip hazırlanır. Prototip hazırlanması nümunənin real vəziyyətini görməyimizə səbəb olur. Bu aspektdən nəzəriyyənin real görüntüsü olaraq prototipləşdirmə önəmli nüanslardan biri olaraq xidmətlərimiz sırasındadır.

 

Monitorinq

Bu mərhələdə prototipin hesablamalara uyğunluğu yoxlanılır, test olunaraq istifadəyə yararlılığı nəzərdən keçirilir. Hər hansı bir xəta baş verərsə yeni prototip nümunəsi hazırlanaraq öncəki nümunə ilə müqayisə edilir və yaranmış problemlər həll olunur.

 

Təhvil Təslim

Bu mərhələdə ideyanızına uyğun hazırlanmış prototip modeli monitorinq olunduqdan sonra sizə təhvil verilir. Bununla da siz ideyanıza uyğun real prototip nümunəsini görə və istifadə edə bilərsiniz.