schwatech
complex simplicity
Kütləvi İstehsal

Kütləvi istehsal – Cədvəl halında iconlarla təsvir edilməli

Kütləvi istehsal – Məhsulunuzun təhvil verilən prototip üzrə kütləvi olaraq istehsalını təmin edən bu xidmət prototipin istehsala adaptasiyasını, optimizasiyasını və bilavasitə istehsal ilə bağlı digər proseslərin həyata keçirilməsini təmin edir. Kütləvi istehsal xidməti aşağıdakı proseslərdən ibarətdir:

 

İstehsala uyğunlaşdırma və optimallaşdırma

Bu mərhələdə kütləvi istehsal prosesi prototip hazırlanmasından fərqli olduğundan dolayı nümunə prototip modeli kütləvi istehsala uyğunlaşdırılır. Optimallaşdırma prosesində istehsal keyfiyyətinin maksimuma yüksəldilməsi və ən xırda detallara qədər qüsurların aradan qaldırılması təmin edilirək əldə olunacaq məhsullarda xəta payı minimuma endirilir.

 

İnfrastrukturun müəyyən edilməsi və təhlükəsizlik təlimi

Bu mərhələdə müştəriyə təklif edilir:

  • İstehsal xəttinin qurulmasına dair texniki konsultasiyanın verilməsi;
  • İnfrastrukturun müəyyən edilməsi və istifadə ediləcək avadanlıqların seçilməsi;
  • İstehsal prosesində istifadə olunan avadanlıqların istifadə qaydalarına dair təlimlər;
  • Sağlamlıq və əməyin mühafizəsi ilə bağlı lazımi davranışlar və və təhlükə anında edilməli olanlar haqqında təlimlər.

 

Tədarükçülərin müəyyənləşdirilməsi və logistika

Bu mərhələdə məhsulun istehsalı üçün ehtiyac duyulan keyfiyyətli və sərfəli xammal, detal, avadanlıqların tədarükçüləri araşdırılır. Həmçinin, bu hissələrin logistikası üçün optimal variantlar müştəriyə tövsiyyə olunur.